“Telegram” messenceri bir sıra yenilikləri özündə birləşdirən yeni 8.0 versiyasını sınaqdan keçirməyə başlayıb. Yeniliklərə reklam mesajları da daxildir.


Facemark xarici mediaya istinadən bildirir ki, yeniliyə əsasən tətbiqin kanallarında "Sponsorluq" yazısı ilə işarələnmiş reklam postları görünəcək. Bu cür reklam postları kanallara qoşulu olan söhbət qruplarında paylaşılacaq.


Bundan əlavə, “swipe up”, yəni “yuxarıya çək” funksiyası ilə oxumadığınız son xəbərləri oxuya biləcəksiniz. Başqasına yönəltdiyiniz mesajların dizaynında fərqliliklər gözlənilir.


8.0 versiyasının nə zaman aktiv olunacağı bəlli deyil.


Xatırladaq ki, yazın əvvəlində “Telegram” qrup video zənglərini istifadəçilərə təqdim etdi.