"Amazon" şirkəti 55 min insanı işlə təmin edəcək.


Facemark xarici mediaya istinadən bildirir ki, e-ticarət nəhəngi "Amazon" şirkətinin yeni CEO-su Endi Cessi növbəti aylar ərzində texnologiya və korporativ sahədə qlobal miqyasda 55 min insanı işə götürməyi planlaşdırdığını açıqlayıb. Bununla da, müvafiq şöbələrdə 20%-lik artıma imza atılacaq.


İyul ayında vəzifəsinin icrasına başladıqdan sonra ilk dəfə mətbuata açıqlama verən Endi Cessi pərakəndə, reklam və digər sahələrdəki tələbi qarşılamaq üçün daha çox işçi qüvvəsinə ehtiyac duyduqlarını bildirib. O, sözügedən 55 min nəfərin 40 mindən çoxunun Amerikanın payına düşəcəyini, qalan qisminin isə Hindistan, Almaniya və Yaponiya kimi ölkələrdən seçiləcəyini vurğulayıb.


Xatırladaq ki, şirkət ötən il ABŞ-da anbar və çatdırılma sahələrində işləmək üçün 500 mindən çox insanı işə qəbul etmişdi.