“Facebook” xəbər lentində siyasi xəbərlərin sayını azaltmağa davam edəcək.


Facemark şirkətin rəsmi bloquna istinadən qeyd edir ki, eyni zamanda şirkət mənfi istifadəçi rəylərinə etibar edəcək.


Bir sıra ölkələrdə siyasi mövzularda postların sayına məhdudiyyət qoyacaq - limit artıq ABŞ, Kanada, Braziliya və İndoneziyada test rejimində istifadəyə verilib. Siyahıda olan növbəti ölkələr İspaniya, İsveç, İrlandiya və Kosta Rikadır.


Eyni zamanda, yeniliklər siyasətdən yazan xəbər mənbələrinin aktivliyini azalda bilər. Şirkətin məqsədi istifadəçilərin qarşılıqlı fəaliyyətini daha az siyasiləşdirməkdir. “Facebook” siyasi məzmunun platformadakı məzmunun yalnız 6%-ni təşkil etdiyini, ancaq bu cür məzmun üçün dəqiq bir meyarın olmadığını qeyd edib.