bazar ertəsi, 25 oktyabr 2021

#AppleToo: İT nəhənginin işçiləri qarşılaşdıqları ayrı-seçkilik və qısnamadan danışdılar

336

“Apple” işçiləri şirkət daxilində qarşılaşdıqları ayrı-seçkilik və seksual qısnamalarla mübarizə aparmaq üçün birləşəcəklər.

Facemark “The Guardian”a istinadən bildirir ki, şirkətin hazırkı və keçmiş işçiləri şirkətdəki ayrı-seçkilik və cinsi təcavüz təcrübələrini paylaşa bilmək üçün “#AppleToo” kampaniyasına başlayıblar.

Bazar ertəsi işçilər iş yerində təcavüzə və ya ayrı-seçkiliyə məruz qaldıqlarını iddia edən beş post yayımladılar. Onların sözlərinə görə, rəhbərlik şikayətlərə cavab verməyib. Yazılar anonim paylaşılır, buna görə də bu postların müəlliflərinin hansı departamentdə və ya filialda işlədikləri məlum deyil.

Onlardan biri həmkarlarını mütəmadi olaraq təhqir edən, alçaldan yüksək vəzifəli işçidən danışıb. Başqa bir hekayədə müəllif bildirir ki, ağ dərili olmayan işçilər layiq olduqları promosyonu ala bilmir. Yəni şirkətdə irqçi yanaşmalar da mövcuddur.

Kampaniya təşkilatçıları paylaşılan postların 75%-nin müxtəlif növ ayrı-seçkilikdən bəhs etdiyini bildirib. Postların üçdə biri təcavüz və seksual qısnama haqqında işçilərin başına gələn hadisələrdən ibarətdir.

“Apple”ın təhlükəsizlik mühəndisi və “#AppleToo” təşkilatçısı Şer Skarlet dəstək üçün yüzlərlə insanın müraciət etdiyini bildirib. O, şirkətin əmək haqqı ilə bağlı problemlər səbəbindən Milli Əmək Əlaqələri Şurasına şikayət edib. Skarlet öz "Twitter" hesabında həmkarlarından birinin onu "şirkəti məhv etməkdə" günahlandırdığını bildirib.

“Apple” kampaniyaya cavab olaraq bildirib ki, şirkət hər zaman faydalı iş mühiti yaratmağın tərəfdarıdır və bunun üçün davamlı olaraq islahatlar aparılır. Şirkət bildirib ki, kampaniya daxilində paylaşılan bütün şikayətlər araşdırılacaq və lazımi tədbirlər görüləcək.

Paylaş

MÜSAHİBƏ

Reklam üçün

Sərgi, Konfrans, Festival

Reklam üçün

Abunəlik