bazar ertəsi, 25 oktyabr 2021

“WhatsApp” köhnə iOS və Android cihazlarında işləməyəcək

433

“WhatsApp” noyabr ayından etibarən "Android" 4.0.4 və köhnə smartfonlarda, habelə iOS 9 ilə işləyən “iPhone”larda işi dayandıracaq.

Facemark xarici mediaya istinadən bildirir ki, yenilik səbəbilə qadcetləri şirkətin tələblərinə cavab verməyən istifadəçilər yazışma tarixçələrini, foto və videolarını itirə bilərlər. Proqram təminatçıları tövsiyə edir ki, tətbiqdən istifadə etməyə davam etmək və ya dəstək bitənə qədər söhbət tarixçənizi saxlamaq üçün cihazınızı yeniləyin.

WhatsApp Mətbuat Xidməti rəsmi açıqlamasında yazır: “Aşağıdakı cihazları dəstəkləyirik və tövsiyə edirik: OS 4.1 və ya yeni versiyası olan Android; iOS 10 və ya yeni versiyası olan iPhone”.

Paylaş

MÜSAHİBƏ

Reklam üçün

Sərgi, Konfrans, Festival

Reklam üçün

Abunəlik