"Dünya bazarında neftin bir barelinin qiymətinin 65-75 ABŞ dollar olması həm istehsalçılar, həm də istehlakçıları üçün rahatdır".


Facemark "Report"a istinadən xəbər verir ki, bunu Rusiyanın "LUKoil" şirkətinin prezidenti və sahibi Vahid Ələkbərov bildirib.


Onun sözlərinə görə, yüksək neft qiymətləri bazar üçün çökmə riski yaradır: “Qiymətlərin 100 dollardan artıq olmasını istəməzdim. Çünki bu, aşağı gəlirli, təsirsiz layihələrə investisiyaları stimullaşdıra bilər və bazarın çökməsinə səbəb ola bilər".


O, həmçinin bildirib ki, neftin bir barel üçün 65-75 dollarlıq dəhlizdəki qiyməti istehlakçılar üçün rahatdır və OPEC+ ölkələri həcmi tənzimləyərək onu qorumağı hədəfləyir.


V. Ələkbərov həmçinin hesab edir ki, tənzimləyici qurum kimi OPEC+ sazişi "əbədi yaradılıb".