bazar ertəsi, 25 oktyabr 2021

Artıq spesifik icmaları “Twitter”də də görəcəyik

295

“Twitter” yeni - icma funksiyasını istifadəçiləri üçün onlayn edib.

Yeni funksiya vasitəsilə spesifik icmaya daxil olan istifadəçilər həmin mövzuya uyğun mesajlar yaza, tvitlər paylaşa bilər. Facemark şirkətin bloquna istinadən bildirir ki, hər icmanın qaydaları özünəməxsus təyin ediləcək. “Facebook” qrupları kimi, burada da qaydalara və istifadəçilərə nəzarət edən moderatorlar təyin ediləcək.

Yalnız icma üzvləri yazılar yayımlaya biləcək. Digər istifadəçilər isə izləyə və sitat gətirmək şansına sahib olacaq.

Hazırda yalnız məhdud sayda istifadəçinin icma yaratmaq imkanı var: proqramda iştirak etmək üçün xüsusi ərizəni doldurmaq mütləqdir. Bundan əlavə, xüsusiyyət hazırda yalnız PC və “iOS”da mövcuddur. Tezliklə “Android” istifadəçiləri üçün aktiv edilməsi planlaşdırılır.

Əlaqəli xəbərlər:

“Twitter” “yumşaq bloklama” funksiyasını test edir

"Twitter"də yeni funksiya aktiv edilib

Paylaş

MÜSAHİBƏ

Reklam üçün

Sərgi, Konfrans, Festival

Reklam üçün

Abunəlik