Bu ilin avqust ayında ABŞ-ın dövlət büdcəsinin kəsiri 171 milyard dollar təşkil edib.
Facemark xarici mətbuata istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 14,5% azdır.
Son 1 ildə federal büdcə gəlirləri 20% artaraq 268 milyard dollar, federal büdcə xərcləri isə 4% artaraq 439 milyard dollar olub.
ABŞ-da 2021-ci maliyyə ilinin başladığı 1 oktyabr 2020-ci il tarixindən 1 sentyabr 2021-ci il tarixinə qədərki 11 ay ərzində isə büdcə kəsiri 2,7 trilyon dollar təşkil edib. Bu isə 1 il əvvələ nisbətən 10% azdır. İl ərzində büdcə gəlirləri 18% artaraq 3,6 trilyon dollar, büdcə xərcləri isə 4% artaraq 6,3 trilyon dollar olub.