Stiv Vozniak “Privateer Space” adlı yeni şirkət qurub. “Apple” şirkətinin həmtəsisçisi özəl kosmik şirkətini bazar günü icmaiyyətlə paylaşıb.


Facemark Vozniakın rəsmi “Twitter” hesabına istinadən xəbər verir ki, biznesmen bu şirkətin digərlərindən fərqli olacağına söz verdiyini bildirsə də, əlavə detalları qeyd etməyib.



“YouTube”da yayımlanan “Privateer” adlı tizer startapın keçmiş "Apple" mühəndisi Aleks Fieldinq tərəfindən qurulduğundan bəhs edir.


Qeyd edək ki, Vozniak və Fieldinq illər ərzində tez-tez əməkdaşlıq edib. Hələ 2002-ci ildə onlar GPS ağıllı etiketləri üzərində işləyən “Wheels of Zeus” (WoZ) adlı şirkət qurublar. Vozniak bundan sonra 2006-cı ildə - şirkətin bağlanmasından sonra Fieldinq tərəfindən yaradılan “Ripcord Networks”un direktorlar şurasında yer almağa başlayıb.




Oxşar başlıqlar:


“Wozniak”dan “Apple”a Android təklifi

“Apple” şirkəti necə yarandı?