"Xiaomi" avqust ayında çıxardığı Pad 5 modelinin qlobal versiyasını tanıdıb.


Facemark xarici mənbəyə istinadən xəbər verir ki, son zamanlar ”Mi” markasının sonlandırmasıyla gündəmdə olan "Xiaomi" artıq məhsullarını qlobal bazarda satışa çıxaracaq.


Müxtəlif xüsusiyyətlərlə istifadəçinin qarşısına çıxan "Pad 5" 11 düymlük ekrandan istifadə edir. Eyni zamanda, model WQHD + IPS LCD olan panel, 120 Hz yeniləmə dərəcəsi ilə çox hamar ekran təqdim edir.


RAM tərəfində Pad 5 modeli 6 GB yaddaşdan istifadə edir. Bunlara 128 GB və 256 GB yaddaş seçimləri də daxildir.


Qeyd edək ki, planşetdə "Xiaomi Smart Pen" adlı ağıllı qələm dəstəyi də olacaq.