Sözlərin sehirli gücünü kəşf etməyin tam zamanıdır.
Facemark bildirir ki, 19 sentyabr, saat 11:00-da "Arion Hotel Baku"da peşəkar kopirayter Xətai Əlinin təqdimatında ödənişsiz master klass keçiriləcək.

Reklam agentliyi əməkdaşları, məzmun üzrə mütəxəssislər, redaktorlar, PR üzrə mütəxəssislər, mətbuat katibləri - bir sözlə, çörəyi sözdən çıxan hər kəsi "Business Management School" və "Facemark.az" birgə təşkilatçılığı ilə keçirilən bu master klasda iştirak etməyə dəvət edirik.
İştirak etmək üçün qeydiyyatdan keçmək vacibdir: https://forms.gle/z4Jo9Y1nZCrmrxUV8