Çoxdan gözlənilən yeni nəsil GoPro kamerası rəsmi olaraq təqdim edilib.


Facemark xarici mənbəyə istinadən xəbər verir ki, ən yaxşı kamera istehsalçılarından olan GoPro Hero 10 Black yeni 5K 60FPS funksiyası ilə növbəti mərhələyə keçir.


Kamerada 4K 120FPS və 2.7K 240FPS video seçimləri mövcuddur.


Şəkil: 23 MP
Video: 5.3K 60FPS, 4K 120FPS və ya 2.7K 240FPS
"Slow motion" (yavaş çəkiliş) funksiya: 8X


"GoPro"nun yeni dizaynı kameranın kiçik, lakin nəzərə çarpan detallarını daha da ön plana çəkir.