bazar ertəsi, 25 oktyabr 2021

"WhatsApp"dan yeni xüsusiyyət gəlir

337

"WhatsApp"ın masaüstü beta versiyasında 2.2137.3 kodu ilə yeni bir xüsusiyyət aşkar edilib. Bu xüsusiyyət istifadəçilərə şəkillərini kompüterlərində etiket kimi göndərməyə imkan verəcək.

Facemark xarici mənbəyə istinadən xəbər verir ki, bu xüsusiyyət sayəsində kompüterdəki hər hansı bir şəkil etiket kimi göndəriləcək. Bunun üçün "WhatsApp" mesajların yazıldığı çubuğun yanına düymə əlavə edəcək.

Qeyd edək ki, "WhatsApp"ın masaüstü versiyası üçün hazırlanan xüsusiyyətin nə vaxt istifadəyə veriləcəyi bəlli deyil.



Paylaş

MÜSAHİBƏ

Reklam üçün

Sərgi, Konfrans, Festival

Reklam üçün

Abunəlik