"Apple" California Streaming tədbirində "Apple Watch" 7 seriyasını təqdim edib.


Facemark xarici xəbərə istinadən xəbər verir ki, "Apple Watch" dizayn baxımından eyni qalsa da, ekran ölçüsü xeyli artıb. Kiçik "Apple Watch"un ekran ölçüsü 40 mm -dən 41 mm -ə, böyük variantın ölçüsü isə 44 mm -dən 45 mm -ə qədər artırılıb.


Yeni "Apple Watch" qara, gümüş, mavi, qırmızı və tünd yaşıl rəng seçimlərinə malikdir.


Qeyd edək ki, əvvəlki seriyalarda olan suya davamlı iddia bu seriyada da qüvvədədir.