Bakıya mobil bazarının lider şirkəti olan Azercell Telecom MMC-nin dəvəti ilə bir günlük seminar üçün strateji Marketingin ən böyük ustadlarından biri Cek Traut Azərbaycana gəlir.


Azercell Telecom Şirkəti öz 15 – ci ildönümü munasibəti ilə ölkənin biznes elitasına hədiyyə etmək qərarına gəlib və Bakıya dünya şöhrətli marketing strateqi Cek Trautu dəvət edib. 30 Noyabr hörmətli qonağın rəhbərliyi altında “Positioning around the World”adlı master-klass olacaqdır. Bu ən rəqabətli bazarlarda 40 ildən çox iş təcrübəsi olan, strateji marketinqdə bir dahi olan insan ilə əlaqə üçün unikal imkan yaradır. Master-klass 1NEWS.az - ın informasiya dəstəyi və Hilton Bakı otelin dəstəyi ilə keçiriləcəkdir.


Cek Traut - «Trout & Partners» konsaltinq şirkətinin təsisçisi və prezidentidir. Dünyanın 30 ölkəsində ofisləri var, 80dan artıq şirkətin məsləhətçisidir. Fortune Global 500-ə daxildir : Audi, Merrill Lynch, AT&T, Apple, Microsoft, General Electric, IBM, Holiday Inn, Burger King, American Express, Lotus, MasterCard, Ericsson, Tetra Pak, Hewlett-Packard, Procter & Gamble, Southwest Airlines, DuPont, Intel, Sotheby’s, Xerox.


Cek Traut – “Positioning" və "Differentiation" konsepsiyasin müəllifi, “Marketing Warfare", "Differentiate or die", "Positioning. The battle for the minds," kitablarıın müəllifidir hansılar ki, 16-dan çox dilə tərcümə olunmşdur. Demək olar ki, hər yeni kitabın satış gəliri rekord həddə çatır və ən yaxşı satılan kitablar içərisndə olur.


Həmçinin Cek Traut ABŞ-ın Demokratik Partiyası və son seçkilərdə Barak Obama ilə işləmişdir.


Qeyd edək ki, bu master-klassı görmək istəyinizə maksimum nail olmaq üçün Azercell 1NEWS.AZ-ın informasiya dəstəyi ilə tədbirdən bir canlı yayım təşkil etmək qərarına gəlib.


Mənbə - 1news.az