bazar ertəsi, 18 oktyabr 2021

Pandemiya mənzil bazarında qlobal böhrana səbəb olub

341

Pandemiya qlobal daşınmaz əmlak bazarında böhrana səbəb olub, artan qiymətlər qlobal bazarlarda mənzilləri getdikcə əlçatmaz edir.

Facemark bu barədə "APA-Economics"ə istinadən xəbər verir. "Əhalinin müəyyən təbəqələrinin artıq mənzillərə sahib ola bilmədiklərinin şahidi oluruq. Bu, Londonda, Parisdə, Romada və indi, təəssüf ki, Berlində daha çoxdur", - bunu Berlin meri Mixael Müller (Michael Müller) bildirib.

Qeyd olunur ki, son 18 ayda potensial alıcılar evlərin çatışmazlığı və həddindən artıq aşağı faizlər fonunda mənzil qiymətlərinin artması səbəbindən mənzil almaqda getdikcə çətinlik çəkir. Belə ki, ABŞ-da evlərin qiyməti 2000-ci illərin ortalarında qeydə alınan pik göstəriciləri 30% üstələyir.

Bir sıra ölkədə ipoteka bazarındakı vəziyyət 2008-2009-cu illərdəki maliyyə böhranından əvvəlki aylara bənzəyir və bu, bazarın çökməsi ilə nəticələnə bilər.

"Knight Frank" beynəlxalq konsaltinq şirkətinin məlumatına görə, 2021-ci ilin II rübündə evlərin qiymətləri 55 ölkədə orta hesabla 9,2% (bir il əvvəl +4,7%) artıb. Türkiyə (+29,2%) ardıcıl altıncı rüb lider mövqedə qərarlaşır, Yeni Zelandiya (+25,9%) ikinci, ABŞ və Slovakiya (+18,6%) isə üçüncü yeri bölüşürlər.

Paylaş

MÜSAHİBƏ

Reklam üçün

Sərgi, Konfrans, Festival

Reklam üçün

Abunəlik