Qlobal pandemiya səbəbilə 1 illik fasilədən sonra Golden Drum Yaradıcılıq Festivalı yenilənmiş strukturu və iştirak edənlərin sayında 25% artımla hər zamankindən daha güclüdür.


Facemark rəsmi məlumata istinadən bildirir ki, 27-ci Golden Drum festivalı son iki ildə təşkil edilən ən geniş tədbirini həyata keçirəcək.


Festivalın Direktoru Miha Bevc yaradıcı sənayenin müsbət reaksiyasını alqışlayaraq bildirib: "Səssiz bir ildən sonra Golden Drum, nəhayət, geri döndü. Müsabiqə hərtərəfli olaraq nəzərdən keçirilib. Artıq iki deyil, beş kateqoriyamız mövcuddur: One-Channel Drum, Omni-Channel Drum, Craft Drum, Creative Business Excellence Drum və xüsusi konsepsiyalı rəqabət qruplarına yönəlmiş Bütün Jürilər kateqoriyası. 2019-cu ilə nisbətən təxminən 25% daha çox müraciət almışıq".


Müsabiqənin direktoru Špela Levičnik Oblak bildirir ki, bu il Rusiya, Rumıniya, Slovakiya və Türkiyənin ön planda olduğu 29 fərqli ölkədən işlər qəbul edilib: "İşlərin 41%-i müstəqil agentliklərdən gəlib. İşlərin sayından və müxtəlifliyindən son dərəcə məmnunuq. Ən böyük kateqoriya Omni-Channel Drum və ardınca One-Channel Drum kateqoriyasıdır. Yeni kateqoriyamız olan "Creative Business Excellence" ən çox girişlə çox yaxşı geri dönüşlər aldı".


Yenilənmiş Golden Drum yarışmasına daxil olan ən böyük fikirləri qiymətləndirən 28 ölkədən gələn dünyanın ən təcrübəli mütəxəssisləri - 63 münsif üzvü üçün məşğul bir həftə başlayır.


Əsas tarixlər:


13 oktyabr 2021 - finalçıların açıqlanması.


15 oktyabr, saat 19.00 CET - qaliblərin elan edilməsi (MasterCard tərəfindən dəstəklənən xüsusi bir pulsuz qala mərasimi Online Grand Award Mərasimi zamanı).


Onlayn giriş almaq üçün klikləyin.