Nağdsız ödəniş əməliyyatlarının həcmi 2030-cu ilə kimi ötən ilki 1 triylondan 3 trilyona kimi artacaq.


Facemark “Report”a istinadən xəbər verir ki, bu barədə “PwC” beynəlxalq konsaltinq şirkətinin tədqiqatında deyilir.


Araşdırmada qeyd edilir ki, 2020-2025-ci illər arasındakı dövrdə nağdsız əməliyyatların həcmi 80 % artacaq. Artım tempi Asiya-Sakit Okeanı regionunda yuxarı olacaq. Belə ki, 2020-2025-ci illərdə nağdsız tranzaksiyaların həcmi 109%, 2025-2030-cu illərdə 76% artacaq.


Sonrakı yerlərdə müvafiq olaraq Afrika (78%, 64%) və Avropa (64%, 39%) gəlir. Ən aşağı artım tempi ABŞ və Kanadada (43%, 35%) olacaq.