“Honda” son reklam kampaniyası üçün motosikl dəstəsini orkestrə çevirir. Mühərriklərin səsi ilə birgə yaranan yeni musiqi “Honda” sevənlərin yeni himni olur.


Facemark xarici mediaya istinadən bildirir ki, “Publicis Braziliya” tərəfindən hazırlanan “Mühərrik mahnısı” sürücülərin dirijor başçılığı ilə harmoniya içində musiqi istehsalı prosesini təqdim edir.


Sürücülər Braziliyanın Sao Paulo şəhərində bir binanın üstünə sürərək "mühərrikin səsi bir musiqi parçasıdır" anlayışına əsaslanan kampaniya üçün toplanıblar.


“Honda”nın marketinq meneceri Odair Dedicação Junior açıqlamasında qeyd edib ki, motosiklet mühərrikinin səsi motor həvəskarları üçün çox mənalıdır: “Hədəf kütləmizin könlünü xoş tutmaq üçün motosikletlərimizin səsləri ilə mahnının orkestrləşdirilməsi fikrini araşdırdıq. Bu, kövrəldici və emosional bir təcrübə idi".


“Publicis”in art direktoru Domenico Massareto əlavə edir: “Honda ehtirası səs də daxil olmaqla müxtəlif komponentlərdən ibarətdir. Markanın pərəstişkarları mühərrikin səs-küyünü çox sevirlər. Etdiyimiz şey, bu mühərriki "oxumağa" məcbur etmək idi”.