Bu gün Azərbaycanda 44 günlük İkinci Qarabağ müharibəsinin Anım Günüdür.


Facemark bu günlə bağlı bəzi reklam agentliklərinin paylaşımlarını təqdim edir:


Fil Agency


“Vətən uğrunda canından keçən şəhidlərimizi hörmətlə anırıq. Ruhunuz şad olsun”.



“Endorphin” reklam agentliyi:


“Endorphin” və Azərbaycan Beynəlxalq Bankı günlə əlaqədar şəhidlərimizin informasiyalarının dərc edildiyi yadedirik.az saytını elan edib.


“27 sentyabr 2020-ci il tarixində başlayan II Vətən müharibəsində həyatını itirən 2823 Şəhidimizin hər birini bir nəfər kimi yad etmək hər birimizin borcudur. Onları tanıyaq və qürurla hər kəsə tanıdaq.


Bunun üçün "Yad edək" düyməsini sıxın, təsadüfi seçimlə çıxan Şəhidimizin şəklini sosial media hesablarınızda #YadEdirik həştaqı ilə paylaşın. Və yaxud “axtarış” bölməsindən Şəhidlərimizi tapa və paylaşa bilərsiniz”.



Baku Media Center:


“Qəlbinin sevgilisi ilə ayrılıb, Vətən sevgisi ilə şəhid olan bütün əsgər və zabitlərimizi dərin ehtiramla anır, xatirələrini uca tuturuq. Onların ruhu qarşısında baş əyirik!


Bakı Media Mərkəzi olaraq 27 sentyabr Anım günündə bu video çarxı məhz onlara - Vətən sevgisini hər şeydən üstün tutan qəhrəmanlarımıza həsr edirik.


Videodakı musiqi aranjimanı bəstəkar Etibar Əsədliyə məxsusdur”.



"Admedia" reklam agentliyi:


“Şanlı Zəfər naminə həyatlarını qurban vermiş qəhrəmanlarımızı anırıq”.



Maffin Agency:


“Vətənin çağırışına cavab verib şəhidlik zirvəsinə ucalan, qazi olan qəhrəmanlarımızı hörmətlə anırıq”.





Paylaşımı ilə auditoriyasını kövrəldən telekanallar arasında "Xəzər TV"in "Instagram" hesabı öz adından bəhs etdirən sosial şəbəkə profilləri sırasına daxil olub:




Eyni zamanda, ATV televiziya kanalının "Instagram" hesabında paylaşdığı video da istifadəçilər arasında ən çox paylaşılan kontentlərdən olub: