bazar günü, 28 noyabr 2021

"Volvo" loqosunu yenilədi

256

"Volvo" şirkəti sosial media hesablarında loqosunu yenilədiyini bəlli edib.

Facemark xarici mənbəyə istinadən xəbər verir ki, hazırkı loqotipinin iki ölçülü və daha sadə versiyası olan yeni loqotip şirkətin digər avtomobil istehsalçılarından təsirləndiyini göstərir. 1927-ci ildən fəaliyyət göstərən "Volvo" bu günə qədər bir çox loqotiplərdən istifadə edib. Bunlardan ən məşhuru bir dairəyə yerləşdirilmiş "Volvo" işarəsi və dairənin sağ üst hissəsinə əlavə edilmiş bir ox simvolu olub. Yeni loqoda ön plana çıxan dəmir və ox simvolu möhkəmliyin rəmzi olaraq vurğulanıb.

Qeyd edək ki, yenilənən loqo hələ ki, istifadəyə verilməyib.

"Volvo"nun illər ərzində olan loqolarını təqdim edirik:

Paylaş

MÜSAHİBƏ

Reklam üçün

Sərgi, Konfrans, Festival

Reklam üçün

Abunəlik