Sloveniya Reklam Palatası tərəfindən təşkil edilən Golden Drum Yaradıcılıq Festivalı pandemiyadan sonra bu il tam yeni dizaynla geri qayıdır.


Facemark rəsmi məlumata əsasən bildirir ki, “Yenidən: Gələcəyə başla” şüarı altında Golden Drum komandası dövrümüzün əsas məsələlərinə diqqət yetirərək yeni mükafat kuboklarını izləyicilərinə təqdim edir. Bu il nominasiya qalibləri davamlı və ekologiya dostu kuboklarla mükafatlandırılacaqlar.



“Biz yeni ideyamızı təbii və yenidən emal olunmuş materiallar əsasında həyata keçirmişik. Golden Drum-ın yeni kuboklarının vizual görüntüsü loqosunu və ən əsası, festivalın bu ilki istiqamətini təcəssüm edir. Bu il festivalımızın istiqamətini və strukturunu tamamilə yenilədiyimiz üçün düşündük ki, kubok dizaynlarının yenilənməsi də bizim üçün yeni bir eranın başladığını ən düzgün şəkildə izah edəcək. Festivalın DNT-ni əks etdirən yeni kuboklarımıza baxın və zövq alın”, - bunu Sloveniya Reklam Palatasının icraçı direktoru və festivalın prezidenti Mojca Briščik.


Kuboklar sadə və cəlbedici görünüşdə JUMBO 3D çap formatından istifadə edərək mükəmməlliyi təmin edən “Epigram” şirkəti tərəfindən istehsal olunur. “Epigram” böyük formatlı çap və JUMBO 3D çapında ixtisaslaşan vizual kommunikasiya sahəsində bölgənin aparıcı şirkətidir.



Qeyd edək ki, kubokun baza materialını və milini ağac təşkil edir. Materialın böyük hissəsi atılmış ev qablaşdırmalarından təkrar emal edilən plastikdir. Yenidən emala verilmiş alüminium isə kuboka xüsusi canlılıq və parlaqlıq verilməsi üçün istifadə olunub.