bazar günü, 28 noyabr 2021

Eks “Apple” dizayneri indi “Ferrari” ilə işləyir

339

“Apple” şirkətinin baş dizayneri olan Coni Ayv (Jony Ive) “Ferrari” şirkəti ilə kreativ əməkdaşlığa başlayıb.

Facemark “The Verge”ə istinadən bildirir ki, Coni Ayv və Mark Nyusonun təsis etdiyi “LoveFrom” şirkəti biznesin lüks tərəflərini araşdırmaq üçün “Ferrari” və “Ferrari”nin holdinq şirkəti “Exor” ilə uzunmüddətli kreativ əməkdaşlıq üzrə müqavilə imzalayıb.

“The Financial Times” bildirir ki, bu əməkdaşlıq çərçivəsində ilk iş 2025-ci ildə təqdimatı planlaşdırılan ilk elektrikli Ferrari maşınlarının istehsalıdır.

“Ferrari” və “Exor” şirkətləri artıq məhsullarının dizaynına xüsusi önəm verməyə başlayıb. Məhz buna görədir ki, bu sahədə işləri ilə ad qazanmış Coni Ayv və Mark Nyuson onların müraciət etdiyi adlardan olub.

Paylaş

MÜSAHİBƏ

Reklam üçün

Sərgi, Konfrans, Festival

Reklam üçün

Abunəlik