cümə axşamı, 9 dekabr 2021

Çinin avtomobil konserni smartfon istehsalı üzrə müəssisə yaradır

330

Çinin böyük avtomobil konserni olan "Zhejiang Geely Holding”in (Geely) banisi Erik Li smartfon istehsalı üzrə müəssisə yaradacaq.

Facemark “Geely” şirkətinin məlumatına istinadən bildirir ki, konsernin törəmə şirkəti olan “Hubei Xingji Shidai Technology Co. Ltd” Uhan iqtisadi və texnoloji inkişaf zonası ilə strateji əməkdaşlıq haqqında müqavilə imzalayıb. Əməkdaşlığın məqsədi premium sinif smartfonların istehsalının təşkil edilməsidir.

Yeni məhsulların bazara nə zaman və hansı brend altında çıxarılacağı barədə məlumat verilmir.

Daha əvvəl “Geely Holdings Group”un 2021-ci ildən kommersiya peyklərinin istehsalına başlayacağı bildirilirdi.

Qeyd edək ki, qlobal avtomobil qrupu olan “Geely” “Geely Auto”, LYNK & CO, “Volvo Cars”, “Lotus Cars”, “Polestar”, “London Electric Vehicle Company” (LEVC) kimi brendlərin sahibidir. Şirkətin ştatı52 min əməkdaşdan ibarətdir.

Paylaş

MÜSAHİBƏ

Reklam üçün

Sərgi, Konfrans, Festival

Reklam üçün

Abunəlik