Plastik tullantılardan yol çəkilişində istifadə edən Şotlandiyanın “MacRebur” şirkəti Azərbaycanla əməkdaşlığa başlayıb.


Facemark APA-ya istinadən xəbər verir ki, şirkət Azərbaycanın yol infrastruktur şəbəkəsini yeniləmək üçün nəzərdə tutulmuş 1 milyon funt sterlinq dəyərində yeni müqavilə imzalayıb.


Müqaviləyə əsasən ölkə daxilində 1690 km uzunluğunda plastik yolun çəkilməsi planlaşdırılır. Bunun üçün təkrar emal olunmayan 500 tondan çox plastik tullantı Azərbaycanın yollarını yaxşılaşdırmaq üçün istifadə ediləcək.


Qeyd edək ki, “MacRebur” poliqon və ya yandırma üçün nəzərdə tutulmuş təkrar emal olunmayan plastik tullantıları emal edərək yol tikintisi və üzlük üçün asfalt qatına əlavə edir. Dünyanın müxtəlif yerlərində fəaliyyət göstərən şirkət Şotlandiyanın Lockerbie şəhərində yerləşir və artan plastik tullantı epidemiyasına cavab olaraq son bir neçə ildə əhəmiyyətli dərəcədə böyüyüb.