27-29 oktyabr tarixlərində Bakıda keçiriləcək Azərbaycan İnvestisiya və Mədəniyyət Sammiti çərçivəsində startaplar üçün xüsusi tanıtım proqramı nəzərdə tutulur.
Facemark Oxu.az-a istinadən xəbər verir ki, sammit çərçivəsində OIC-ə üzv ölkələrdən 50-yə yaxın startapın təqdim olunacağı sərgi keçiriləcək. Startap layihələri qida, kənd təsərrüfatı, “yaşıl iqtisadiyyat”, maliyyə texnologiyaları, oyun və onlayn tətbiqlər, ətraf mühit, yenilənən enerji, ağıllı texnologiyalar, hava nəqliyyatı, logistika və s. sahələri əhatə edəcəkdir.
Sərgiyə iştirakçı qismində qatılmaq istəyən Azərbaycan startapları oktyabrın 5-dək linkə daxil olaraq müraciət edə bilərlər.
Yalnız layihəsi təşkilat komitəsi tərəfindən seçilən startaplarla əlaqə saxlanılacaqdır.
Qeyd edək ki, Azərbaycan İnvestisiya və Mədəniyyət Sammiti İslam Əməkdaşlığı Gənclər Forumu (ICYF) və Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) birgə təşkilatçılığı, Azərbaycan Respublikasının İqtisadiyyat və Mədəniyyət nazirliklərinin dəstəyi ilə təşkil olunacaq.