cümə axşamı, 9 dekabr 2021

Elektron Təhlükəsizlik Xidməti “Google Chrome”la əlaqədar xəbərdarlıq edib

376

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti vətəndaşları istifadə etdikləri proqram təminatlarını mütəmadi olaraq yeniləməyə çağırır.

Facemark "Report"a istinadən xəbər verir ki, proqram təminatı istehsalçıları məhsullarında aşkar edilən təhlükəsizlik boşluqlarını aradan qaldırmaq üçün mütəmadi onların yeni versiyalarını təqdim edir. Təqdim olunan yeniləmələrin tətbiq edilməməsi kənar şəxslər tərəfindən mövcud boşluqlardan istifadə etməklə sistemə müdaxilə edilməsi, fərdi və ya həssas məlumatların əldə edilməsi və digər bədniyyətli əməllərin həyata keçirilməsi ilə nəticələnə bilər.

“Google” şirkəti tərəfindən təqdim edilən son yeniləmə cari ilin əvvəlindən “Google Chrome” brauzerində aşkar edilən 14 təhlükəsizlik boşluğunu aradan qaldırır.

Tövsiyə: İstifadəçilər və inzibatçılar “Google” şirkəti tərəfindən təqdim edilən yeniləmələri mütəmadi olaraq nəzərdən keçirməli və elektron təhlükənin qarşısını almaq üçün vaxt itirmədən mövcud brauzeri “Google Chrome” 94.0.4606.71 (və ya yuxarı) versiyasına yeniləməlidir.

Yeniləməni tətbiq etmək üçün “Google Chrome” brauzerinin sağ üst küncündəki üç nöqtədən “Parametrlər (Settings)” bölməsinə daxil olmaq və ardıcıllıqla “Dəstək/Help”, “About Google Chrome” seçimini etmək tələb olunur. Yeniləmənin aktiv olması üçün brauzer yenidən başladılmalıdır.

Paylaş

MÜSAHİBƏ

Reklam üçün

Sərgi, Konfrans, Festival

Reklam üçün

Abunəlik