bazar ertəsi, 18 oktyabr 2021

Müştərini ayırd edən ağıllı monitorlar

213

Addreality süni intellektə malik bir reklam oxuducularının inkişafına və satışına 1 milyon dollar sərmayə qoyub.

Facemark xarici mənbəyə istinadən xəbər verir ki, Addreality Box monitorları müştərilərin cinsiyyətini, yaşını və emosiyalarını təhlil edib, anonim məlumatlara əsaslanaraq müştərilər üçün doğru məhsul qrupları və təkliflər qurmağa kömək edir. 2020-2021-ci illər üçün bu avadanlıqların inkişafına qoyulan investisiyaların miqdarı təxminən 60 milyon rubl təşkil edib.

Monitorlar bir insanın cinsiyyətini, yaşını və duyğularını təyin edə bilir. Əlavə olaraq bir insanın maska, eynək və ya baş geyimi taxdığını da müəyyən edərək süni intellekt vasitəsilə tamaşaçıların portretini çəkə bilir.

Şirkət cihazların banklarda, sığorta şirkətlərində, tibb mərkəzlərində, muzeylərdə və çox sayda ziyarətçi axını olan digər təşkilatlarda faydalı ola biləcəyinə əmindir.

Paylaş

MÜSAHİBƏ

Reklam üçün

Sərgi, Konfrans, Festival

Reklam üçün

Abunəlik