"Coca-Cola" firması yeni kampaniyasını elan edib.


Facemark xarici mənbəyə istinadən məlumat verir ki, brend “Bir-birimizdən bir kola uzağıq” sloqanı ilə start götürən yeni “Real Magic” kampaniyası ilə bərabər loqosunda da dəyişiklik etmişdir.


“Real Magic” konsepsiyasına görə, insanlar bir araya gələrkən və bir şeylər paylaşarkən əsl sehr yaşanır. Kampaniyanın məqsədi insanlara ən sehrli anlarında onlarla bərabər olduğunu göstərməkdir.


Reklam çarxına baxmaq üçün linkə keçid edə bilərsiniz: https://www.youtube.com/watch?v=J2QZjUzWPMA