“Squid Game” serialının məşhurluğu bütün dünyada davam edir.


Facemark xarici xəbərə istinadən xəbər verir ki, serialda istifadə olunan bəzi məhsulların satışının artmasından sonra serialın ilk bölümündə olan 'qırmızı işıq, yaşıl işıq' oyunundakı qorxulu kukla zəngli saat olaraq satışa çıxarılıb. Belə ki, kukla qorxulu musiqi ilə sizi oyadan bir zəngli saat rolunu oynamaqla yanaşı güllə də atır.


Normalda 60 dollar olan zəngli saatın qiyməti hazırda 50% endirimlə 30 dollara düşüb.