TIAA prezidenti və CEO-su Thasunda Brown Duckett “Fortune Ən Güclü Qadınlar” zirvə toplantısında "İş və həyat arasında balans qurrmaq mümkünsüzdür" deyib.


Facemark xarici mənbəyə istinadən məlumat verir ki, 11-13 oktyabr tarixində keçirilən “Fortune Ən Güclü Qadınlar” zirvə toplantısında Thasunda Brown Duckett çıxışı ilə yadda qalıb.


O, çıxışında bildirib ki, həyatda oynadığınız ən vacib rolları müəyyənləşdirmək və vaxtınızı buna görə bölmək lazımdır. "Həmişə yaxşı ana və ya CEO ola bilmərəm, amma zamanla düzgün vaxt bölgüsü ilə tarazlığı saxlamaq mümkündür" deyən Duckett qadınların cəmiyyətdə daha yaxşı təmsil olunmasının vacibliyini vurğulayıb.


Hazırda Duckett “Fortune”un ən yaxşı 500 şirkəti siyahısında rəhbər iki qaradərili qadından biridir. O həmçinin “Fortune”un “2021-ci ilin Ən Güclü Qadınlar”ı siyahısında top onluqda yer alıb.