Yeni mobil tətbiq insanların hörümçək fobiyasını aparmağa kömək edir.


Facemark xarici mənbəyə istinadən məlumat verir ki, “Phobys” adlı yeni tətbiq insanlara hörümçək qorxusundan qurtulmağa kömək edəcək. Tətbiq Bazel Universitetinin tədqiqatçıları tərəfindən yaradılmışdır.


Tətbiq insanların virtual hörümçəklə daha rahat olmalarına kömək edən 10 səviyyəyə malikdir. Səviyyələrə hörümçəyə baxmaq, ona yaxınlaşmaq və nəticədə əlini vurmaq daxildir.


“Phobys” istifadəçilərə ilkin səviyyədə pulsuz təqdim olunsa da, növbəti səviyyələrə keçmək üçün əlavə 5 dollar ödənilməli olacaq.