Epica awards 1987-ci ildə yaradılmışdır və keçən il 25-ci il dönümünü qeyd etmişdir. Avropaya diqqət yetirərək, bu ildən etibarən mükafatlar tədricən coğrafi əhatə dairəsini genişləndirərək, dünyada da genişlənəcəyi gözlənilir.


Epica Televiziya, Mətbuat, Poster, Radio, B2B, Korporativ imic, Tibb, Direkt marketinq, Media innovasiyaları, Branded Content, PR, Promotions, Craft, Design, Packaging, Interactive and Integrated Campaigns kimi 48 kateqoriya daxil olmaqla rabitənin bütün növlərini əhatə edir.


2012-ci ildə (Animation; Direction & Cinematography; Editing & Special Effects kimi) üç yeni Film Craft kateqoriyası təqdim edilmişdi, Interactive kateqoriyaları isə məhsulun və xidmətlərin müxtəlif növlərini əhatə edirdi.


Mükafatlar 41 mütəxəssis ticarət mətbuat simaları və xüsusi veb jurnalistləri tərəfindən mühakimə olunacaq. Bu il münsiflər heyətini ilk dəfə olaraq Kanada (Strategy) daxil olmaqla, 34 ölkədən Hindistan (exchange4media), Sinqapur (AdAsia), Çin (Müasir Reklam), Avstraliya (Campaign Brief) və Filippin (adobo jurnal ) təmsil edəcək. Rusiya veb səhifəsi sostav.ru da 2012 münsiflər heyətinə qatılacaq və Epica-nın ənənəvi Rusiya ''Advertising Ideas'' ortağını əvəz edəcək. Epica nəticələri əsas beynəlxalq yaradıcılıq reytinqlərində sayılacaq.


Bütün qaliblər və digər qeydiyyat seçimləri Epicanın 400-səhifəlik illik kitabında nəşr olunacaq. Bütün qeydiyyatdan keçənlərə avtomatik olaraq nüsxə göndəriləcək.


2011 mükafatlarını əhatə edən Epica kitabı 25 avqust tarixində çıxmışdır. Kitab Martin Spillmann, Founder and Executive Creative Director of Spillmann/Felser/Leo və 2011 Press Epica d'Or (Swiss Life) qalibi tərəfindən təqdim edilmişdi. Bu kitaba Lewis Blackwell Mark Tungate tərəfindən yazılmış bütün 2011 Grand Prix qalibləri haqqında background hekayələri daxildir. Braun Trimmers kampaniyasının örtük şəkli BBDO Dubay tərəfindən, fotoqrafiyası isə Andreas Franke tərəfindən nümayiş olunmuşdur.


Qeydiyyat üçün son tarix 1 oktyabr 2012-ci ildir, tam nəticələr isə noyabr ayının sonunda Epicanın rəsmi saytında elan ediləcək.


Illik mərasimi və yaradıcı konfrans Yanvar ayının 25-də 2013-cü il tarixində Ljubljanada Cankarjev Mədəniyyət Evində və Congress Konqres Mərkəzində keçiriləcək. Tədbir Sloveniya MM jurnalı tərəfindən təşkil olunacaq və beynəlxalq məruzəçilərin tam proqramı dekabr ayında elan olunacaq.


Mükafatlar haqqında daha ətraflı məlumat üçün Epicanın rəsmi veb səhifəsinə baxa bilərsiniz və hər hansı bir sualınız olarsa əlaqə saxlamaq olar.