Gələcəyin şəhərlərinin iqlim dəyişikliyi səbəbiylə köçəri cəmiyyətlərdən ibarət olacağına işarə edən "Sony" "Floating Habitat" adlanan üzən şəhərlərlə görüntüləyib.


Facemark xarici mənbəyə istinadən məlumat verir ki, gələcəyin insanları təbiətlə birlikdə yaşadıqları bənzərsiz bir ekosistem yaradaraq dəniz köçəriləri kimi həyat sürə bilərlər. Bu səbəbdən, “Sony” dizaynerləri, elmi fantastika yazarları ilə birlikdə Tokionu 2050-ci ildə xəyal ediblər. “Floating Habitat” hava və günün vaxtından asılı olaraq dənizdə sərbəst səyahət edə bilən üzən mobil evlərdən ibarətdir.