31-ci tədbiri 3 noyabrda baş tutacaq “Red Apple” beynəlxalq reklam festivalı iştirakçılarının qısa siyahılarnı təqdim edib.


Facemark xarici mənbəyə istinadən məlumat verir ki, bu il hər bir sahə üçün iki münsif qrupu ayrılacaq ki, iştirakçıların işini üç əsas istiqamətdə qiymətləndirsin: Yaradıcılıq, Media və Marketinq. Münsiflər heyəti qlobal sənayenin 80-dən çox mütəxəssisindən ibarətdir və bu, yarışma tarixində indiyə qədərki ən böyük kompozisiyadır.


Qeyd edək ki, “Red Apple” dünyanın marketinq və reklam mütəxəssislərini bir araya gətirən və eyni zamanda Rusiya və Şərqi Avropada ən nüfuzlu reklam festivalıdır.