Ağıllı üzük “Cue” sərnişinlərin təhlükəsizliyini təmin etmək üçün taksi sürücülərinin alkoqol səviyyəsini izləyir.


Facemark xarici mənbəyə istinadən məlumat verir ki, ağıllı üzüklər hərəkətə nəzarət vasitəsi kimi və ya təcili vəziyyətdə kömək istəmək üçün ağıllı saata bənzər funksiyalarla inkişaf etdirilib. Pandemiya ilə birlikdə taksidən istifadə hallarının artdığını görən hindli dizayner Risha Garg bir izləmə sistemi qurmaq üçün “Cue”nu hazırlayıb.


"Cue" sərxoş taksi sürücülərini aşkar edir və sərnişinləri təhlükəsiz şəkildə səyahət edə bilmələri üçün əvvəlcədən xəbərdar edir. Bu üzük “Uber” kimi xidmətlərlə işləmək üçün hazırlanıb.