“Google”ın yeni axtarış aləti daha “təmiz” uçmağınıza kömək edəcək.


Facemark xarici mənbəyə istinadən məlumat verir ki, uçuşlar üzrə “Google” axtarış sistemi "Google Flights" artıq istifadəçilərə hansı uçuşların daha az karbon emissiyasına malik olduğunu söyləyəcək və ətraf mühit üçün daha zərərsiz olan uçuşları seçməyə imkan verəcək.


“Google” karbon emissiyası haqqında informasiyanı Avropa Ətraf Mühit Agentliyi və aviaşirkətlərdən aldığı uçuş məlumatlarından aldığını söyləyib.