cümə axşamı, 9 dekabr 2021

İnstaqram "IGTV" bölməsini aradan qaldırıb

313

Təxminən 3 il əvvəl istifadəçilərinə "IGTV"ni təqdim edən İnstaqram çox da məşhur olmayan bu xüsusiyyəti aradan qaldırıb.

Facemark.az xarici xəbərə istinadən xəbər verir ki,dünyanın ən çox istifadə edilən sosial media platforması olan İnstaqram "IGTV"dən ala bilmədiyi uğuru "Reels"dən əldə edib. Hazırda isə bu uğurunu "IGTV''nin yerini alacaq bir funksiya ilə yeniləmək istəyir. “Instagram TV” adlanan bu funksiya 60 dəqiqəyə qədər məzmunu “şaquli” izləməyə imkan verəcək.

İstifadəçilər məkan və insanları "IGTV"də yayımlanan məzmuna etiketləyə bilmirdilər. Platformadan verilən açıqlamaya görə, "Instagram TV" ilə bütün bu problemlər aradan qalxacaq. Əsas funksiyalardan biri isə önizləmə vaxtının 60 saniyəyə, videonun uzunluğunun isə 60 dəqiqəyə qədər artırılmasıdır.

Paylaş

MÜSAHİBƏ

Reklam üçün

Sərgi, Konfrans, Festival

Reklam üçün

Abunəlik