Mark Zukerberq və həyat yoldaşı Priscilla Chan üçün işləyən keçmiş Feysbuk işçiləri məhkəməyə müraciət ediblər.


Facemark xarici mənbəyə istinadən məlumat verir ki, son vaxtlar adı skandallarla tez-tez eşidilən Feysbuka daha bir zərbə sabiq işçilərindən gəlib. Onlar ofisdə işləyərkən irqi və cinsi ayrı-seçkiliklə üzləşdiklərini israr edirlər. Hər iki əməkdaş bildirib ki, əlverişsiz iş şəraiti və iş vaxtından artıq işləməklə bağlı dəfələrlə şikayət etsələr də, onların şikayətlərinə cavab verilməyib.