Vatsap noyabrın 1-dən öz tətbiqini köhnə smartfonlarda - 4.1 android və 10 iOS-dan aşağı versiyalarda dəstəkləməyəcək.


Facemark “Report”a istinadən xəbər verir ki, vatsap iş qaydalarında dəyişiklikləri oktyabrda öz saytında elan edib.


Məlumata görə, noyabrın 1-dən proqram 4.1-dən aşağı olmayan android smartfonlarında və iOS 10-dan başlayan “iPhone”larda əməliyyat sistemləri ilə işləyəcək. Vatsap köhnə cihazlarda rəsmi olaraq proqram təminatını dəstəkləməkdən imtina edib.