Yeniyetmə qızların öz startap məhsullarını hazırlamaları üçün "Her Improvement" adlı inkişaf proqramına start verilib.


Facemark rəsmi xəbərə istinadən xəbər verir ki, 30 oktyabr 2021-ci il tarixində FemTech şirkətinin təşkilatçılığı, ölkənin qabaqcıl riteyl şəbəkəsi "Kontakt Home”-un dəstəyi ilə Bakı Mühəndislik Universitetində 12-16 yaşlı qızlar üçün təşəbbüskarlıq, sahibkarlıq, innovasiya, biznes, startap, netvörkinq mövzularını əhatə edən “Her Improvement” proqramının birinci hissəsi reallaşıb.


Bir günü əhatə edən 10 saatlıq proqram zamanı proqrama qəbul edilmiş 25 nəfər iştirakçıya 3 bölmədən ibarət müxtəlif mövzularda təlimlər və vörkşoplar keçirilərək, universitetin innovasiya və texnologiya mərkəzi olan texnoparkla tanışlıq və komandalara öz ideyalarının ilkin forması üzərində işləmələri üçün mühit yaradılıb.


Platformanın məqsədi Azərbaycanda qadın sahibkarlığını inkişaf etdirmək, ölkədə olan qadın startap-innovativ biznes təsisçilərinin sayını artırmaqdır.


Qeyd edək ki, “FemTech” şirkəti indiyə qədər qadınlara dəstək məqsədli “Female Founder Bootcamp”, “Gender Bərarərliy” hakatonu, ”Uşaq Hüquqları” hakatonu və s. proqram və layihələr təşkil edib.