Liina Klauss Balidəki plastik çirklənməyə diqqət çəkmək üçün tullantı məlumatlarını rəngli tullantılarla vizuallaşdırdığı "Perpetual Plastic" adlı bir quraşdırma yaradıb.


Facemark xarici xəbərə istinadən xəbərə verir ki, çimərlikdə həyata keçirilən layihə sahilin təmizlənməsi zamanı könüllülər tərəfindən toplanan 4760 zibildən ibarətdir. Lahiyənin məqsədi zibillə dolu çimərliyin xoşagəlməz görüntüləri yerinə yaradıcı hərəkətlə diqqət çəkməkdir. Klauss layihəni belə izah edir: “Elm bizə dünya haqqında yeni məlumatlar verir. İncəsənət bizə dünyanı necə gördüyümüzlə bağlı yeni perspektivlər təqdim edir. İkisini birləşdirmək isə çox böyük effekt verir”.


Çimərlikdə quraşdırmanın hazırlanması 12 saat çəkib. 36 saat orada saxlanaraq təkrar istifadə üçün sökülməsi isə 6 saata başa gəlib.