Diş fırçaları ən çox plastik tullantılara səbəb olan məhsullar sırasındadır. Bu səbəbdən davamlı diş fırçası alternativlərinə tez-tez rast gəlirik.


Facemark xarici xəbərə istinadən xəbər verir ki, təkrar istifadə edilə bilən "Bogobrush" və dəyişdirilə bilən ucu ilə bambuk diş fırçası "NOS" bu mənada əhəmiyyətli nümunələrdəndir. Fırça Londonda yaşayan dizaynerlər Edo Kim və Yeseul Kim tərəfindən imzalanıb. Onlar fırçanı elə hazırlayıblar ki, istehsalda adi fırçalarla müqayisədə daha az material tələb olunur. Eyni zamanda daha az plastik və neylon istifadə olunur. Bunun əvəzinə isə təkrar emal edilmiş termoplastikaya üstünlük verilib. Beləliklə, istehsalda daha az enerji istifadə olunur ki, bu da özlüyündə istehsalın yaratdığı çirklənməni azaldır.