"SpaceX"in baş direktoru Elon Mask dünən keçirilən tədbirdə yeni "Starship" raketinin orbital uçuş tarixi ilə bağlı açıqlama verib.


Facemark xarici xəbərə istinadən xəbər verir ki, "Crew-2" missiyasını uğurla başa vuran "SpaceX" yeni sınaq və missiyalara hazırlaşmağa davam edir. "SpaceX"in baş direktoru İlon Mask yeni nəsil "Starship" raketinin ilk orbital uçuşu ilə bağlı açıqlama verib.


Kosmik sənayedə çox yaxşı mövqedə olan "SpaceX" uğurlu işləri ilə diqqət çəkir. Türkiyə ilə əməkdaşlıq edən "SpaceX" ilk milli rabitə peyki Türksat 6A-nın orbitə çıxarılması vəzifəsini öz üzərinə götürüb. 29 Raptor mühərriki ilə ilk buraxılışı ilə tanınan "Super Heavy" gücləndirici "Starship" raketi ilə sınaq uçuşlarına davam edəcək. Ümumi hündürlüyü 120 metr olan "Super Heavy" və "Starship" NASA-nın SLS raketindən təxminən 9 metr uzundur.


2022-ci ilin yanvarında baş tutacağı açıqlanan ekipajsız orbital uçuş "Starship" buraxılışından təxminən 3 dəqiqə sonra "Super Heavy" gücləndiricisini tərk edəcək. Havay adaları yaxınlığında su üzərinə enəcəyi bildirilən kosmik gəminin növbəti sınaqlarda şaquli eniş edəcəyi açıqlanıb.