Bu il ABŞ-ın ən zəngin adlarının yer aldığı "Forbes 400" siyahısına 7 kripto pul milyarderi daxil olub.


Facemark xarici xəbərə istinadənə xəbər verir ki, onlardan altısı ilk dəfə siyahıya daxil olub və onların ümumi sərvəti 55,1 milyard dollara çatıb.



Sam Bankman-Frid



Sərvət: 22,5 milyard dollar


29 yaşlı Sem Bankman-Fried tərəfindən qurulan kriptovalyuta platforması "FTX", 900 milyon dollar investisiya alıb. 2019-cu ildə qurulan "FTX", gündəlik 13,8 milyon dollarlıq ticarət həcminə çataraq onu ABŞ-dakı ən böyük kriptovalyuta platformasına çevirib.



Brayan Armstronq



Sərvət: 11,5 milyard dollar


BrianArmstronq ABŞ-da yerləşən kriptovalyuta platforması "Coinbase"in təsisçisi və baş direktorudur. Aprel ayında birjaya çıxan və dəyəri 50 milyard dollardan çox olan şirkətin 19 faizinə sahibdir.



Chris Larsen



Sərvət: 6 milyard dollar


"Ripple" qurucusu Chris Larsen keçən il 2,7 milyard dollar sərvəti ilə "Forbes" siyahısına düşən yeganə kriptovalyuta milyarderi idi. Larsenin sərvəti bu il 6 milyard dollara yüksəlib.



Cameron Winklevoss və Tayler Winklevoss



Sərvət: hər biri 4,3 milyard dollar


Winklevoss qardaşları əvvəlcə "Facebook" qurucusu Mark Zuckerberg ilə fikir ayrılıqları ilə tanınsalar da, onlar uzun müddətdir kriptovalyuta bazarının tanınmış simalarından olublar. İkili kriptovalyuta platforması "Gemini" şirkətinin sahibidir.



Fred Ehrsam



Sərvət: 3,5 milyard dollar


Fred Ehrsam 2012-ci ildə Brayan Armstronqla birlikdə "Coinbase"i qurub. O, idarə heyətinin üzvü vəzifəsini davam etdirsə də, 2017-ci ildə şirkətdəki vəzifəsini tərk edib. Hazırda "Paradigm" adlı investisiya firmasını idarə edir.



Jed McCaleb



Sərvət: 3 milyard dollar


Kriptovalyuta dünyasının ən məşhur adlarından biri olan Jed McCaleb "Ripple"ın qurucuları arasındadır. Platforma 2014-cü ildə haker hücumuna məruz qalmamışdan əvvəl səhmlərini satmışdı.