Mobil ev konsepti sivilizasiyanın ayaq basmadığı ən çətin ərazilərdə belə səyahət edə bilən mexaniki ayaqlara və texnoloji avadanlıqlara malikdir.


Facemark xarici xəbərə istinadən xəbər verir ki, son illərdə mobil ev dizaynları işə, yaşayışa və səyahətə yanaşma tərzimizi dəyişib. 3D vizual rəssamı Encho Enchev futuristik yanaşma ilə mobil ev dizayn edib. Bu konsept dizayn öz sakinlərini hətta ən ucqar yerlərə daşımaq üçün nəzərdə tutulub. O, mexaniki ayaqları ilə uzaq ərazilərə keçə bilir. Çevik mexaniki ayaqlar, 5 sm sürüşməyən kauçuk təbəqəsi və hər ayağın altındakı iki açıla bilən dırnaq ilə gücləndirilməsi mobil evin atdığı hər addımın sabit və sürüşməz olmasını təmin edir.