Elektrikli avtomobillərdə mühərriklərin işləməsini təmin edən akkumulyatorlarda rast gəlinən problemlər zaman zaman ciddi yanğınlara səbəb ola bilir.


Facemark xarici xəbərə istinadən xəbər verir ki, Rosenbauer adlı yanğınsöndürmə avadanlığı istehsalçısı şirkəti elektrik avtomobillərində akkumulyatorla işləyən yanğınlarla mübarizə aparmaq üçün yanğınsöndürmə avadanlığı istehsal edib. Nəqliyyat vasitələrinin akkumulyatorlarına yerləşdirilə bilən bu avadanlıq sayəsində təhlükə anında hadisəyə operativ reaksiya verərək yanğının nəzarət altına alınması hədəflənir.


İndiyə qədər elektriklə işləyən avtomobillərdə edilən testlərdə bəzən akkumulyatorların dərhal alov almadığı və yanğının hadisədən günlər sonra başladığı müşahidə edilib. İstehsalçılar bu avadanlığın ən böyük üstünlüklərindən birinin təhlükə anında işə salına bilməsi və batareyaya quraşdırılaraq şiddətli yanğınların qarşısını ala bilməsi olduğunu vurğulayıblar.