Qəhvə şəbəkəsi "Starbucks" "Amazon" ilə əməkdaşlıq edərək ABŞ-da yeni filialı açıb.


Facemark xarici xəbərə istinadən xəbər verir ki, bu filialda qəhvələr baristalar tərəfindən hazırlanacaq, lakin ödənişlər rəqəmsal olaraq həyata keçiriləcək. Hazırda bir çox şirkətlər kassasız filiallar üzərində işləyirlər. Amazon və Starbucks ortaqlığı 2022-ci ildə ən azı iki daha nağdsız filial açacaq. Bu filialların hər ikisi də ABŞ-da yerləşəcək.