"HOPES" taxıla bilən biotibbi cihaz istifadəçiyə evdə təkbaşına göz içi təzyiqini ölçməyə və göz təzyiqinə nəzarət etməyə imkan verir.


Facemark xarici xəbərə istinadən xəbər verir ki, "HOPES" ağrısız, ucuz, sürətli nəticə verən göz içi təzyiq testini təklif edir. Kelu Yu, Si Li və David Li tərəfindən hazırlanmış HOPES (Home Eye Pressure E-skin Sensor) barmaq ucu sensoru olan əlcəkdir. Bu testi yerinə yetirmək üçün istifadəçi əlcəyi taxmalı, öz smart cihazında prosesə başlamalı və test tamamlanana qədər barmağını göz qapağının ortasına gətirməlidir. Nəticədə əlcəkdə toplanan məlumatlar bluetooth vasitəsilə cihazla paylaşılır.


Videonu link vasitəsilə izləyə bilərsiniz.