cümə axşamı, 9 dekabr 2021

623 kilometr sürətlə rekord qıran təyyarə

193

"Rolls-Royce" "The Spirit of Innovation" adlanan elektrik təyyarəsinin saatda 623 kilometr sürətlə rekord qıraraq öz növünün ən sürətli olduğunu açıqlayıb.

Facemark xarici xəbərə istinadən xəbər verir ki, bu dəfə gündəmdə olan "Rolls-Royce" aviasiya sahəsində fəaliyyət göstərir.

"Rolls-Royce", 16 noyabrda keçirilən uçuş sınaqlarından sonra mətbuata açıqlamasında elektrik təyyarəsi "The Spirit of Innovation"un üç rekord qırdığını açıqlayıb. Bildirilib ki, təyyarə 3 kilometrlik uçuşda saatda 555,9 kilometr sürətlə elektriklə işləyən təyyarə ilə əvvəllər çatdığı ən yüksək sürətə 213 kilometr, 15 kilometrlik uçuşda isə saatda 532,1 kilometrə çatıb. Əvvəlki rekord saatda 292,8 kilometr idi.

Üçüncü rekord isə təyyarənin 202 saniyəyə üç kilometr hündürlüyə çatması və əvvəlki rekordu 60 saniyə qısaltması ilə əldə edilib. Şirkətin məlumatına görə, bu sınaq uçuşları zamanı təyyarənin saatda 623 kilometr sürəti, həm də "The Spirit of Innovation"ı dünyanın ən sürətli elektrik təyyarəsi edir.

Paylaş

MÜSAHİBƏ

Reklam üçün

Sərgi, Konfrans, Festival

Reklam üçün

Abunəlik